Türkiyəli ağırlıqqaldıranlar Azərbaycan Qran-prisini izləyirlər

Türkiyəli ağırlıqqaldıranlar Azərbaycan Qran-prisini izləyirlər

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında Bakıda səfərdə olan Türkiyənin ağırlıqqaldırma Türkiyə millisinin üzvləri Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisini izləyirlər.

Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov sosial şəbəkə vasitəsilə paylaşımında bildirib.

Federasiya rəsmisi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan xanım atletlər Nuray Güngör, Cansu Bektaş və gümüş mükafatçı Qamze Altunla birlikdə tribunada çəkdiyi şəkli paylaşıb.

Həmçinin, Cansu Bektaş da öz instaqram hesabının hekayə bölməsində bununla bağlı video yayımlayıb.