Formula 1: Maks Ferstappen sərbəst yürüşdə birinci oldu

Formula 1: Maks Ferstappen sərbəst yürüşdə birinci oldu

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sərbəst yürüşlərinə yekun vurulub. Bakı şəhər halqasında keçirilənyürüşdə hər biri iki pilotdan ibarət 10 komanda iştirak edib. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışıblar. Yürüşdə "Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci olub. "Ferrari”nin pilotu Şarl Lekler ikinci, "Red Bull Racing”in digər sürücüsü Serxio Peres isə üçüncü pillədə yer alıblar.

Bu gün, həmçinin pilotların düzülüşünü müəyyən edəcək yarış da keçiriləcək.