“Ferrari” “Red Bull Racing”dən irəlidə dayanacaq

“Ferrari” “Red Bull Racing”dən irəlidə dayanacaq

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turu yekunlaşıb. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. Təsnifat turu üç sessiyadan ibarət olub və yürüşün ümumi nəticəsinə görə, sprint yarışının start düzülüşü müəyyənləşib. “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar.