Turab Teymurov: “Görünür, biz bu illər ərzində etimadı doğrulda bilmişik”

Turab Teymurov: “Görünür, biz bu illər ərzində etimadı doğrulda bilmişik”

Formula 1 Azərbaycan Qran Prisi 2023 yarışının mətbuat katibi Turab Teymurov ölkəmizdə Formula 1 yarışlarının 2026-cı ilə qədər uzadılması ilə bağlı mətbuat nümayəndələrinə müsahiə verib. Beynəlxalq qurum tərəfindən göstərilən bu etimadın ölkəmiz üçün nə qədər uğurlu olduğunu diqqətə çatdıran Turab Teymurov bunları deyib.  

“Bildiyiniz kimi, bu il Formula 1-lə əməkdaşlığımızın sonuncu ili hesab olunurdu. Tez-tez suallar ünvanlanırdı ki, Formula 1 rəhbərliyi bu əməkdaşlığı davam etdirmək niyyətindədirmi? Bildiyiniz kimi bir neçə saat öncə beynəlxalq federasiya bizimlə əməkdaşlığı daha üç il müddətinə uzatmaq qərarını rəsmi olaraq açıqladı. Görünür,  biz bu illər ərzində yarışlara ev sahibliyi edən ölkə kimi etimadı doğrulda bilmişik. Məhz bu səbəbdən də, Yarışın vaxtı qeyd olunan müddətə qədər uzadıldı. Beynəlxalq federasiyanın rəsmiləri qeyd edirlər ki, onlar və yarışda iştirak edən komandalar Bakı trasından çox razıdırlar. Bu, bizi sevindirməyə bilməz. Bu səbəbdən də hər birinizi təbrik edirəm”, - deyə Turab Teymurov bildirim.