Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahıya bədii gimnastımız Zöhrə Ağamirova başçılıq edir. O, 810 xalla birinci pilləyə yüksəlib. 725 xala malik olan bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderliyi əldən verərək, ikinci yerə düşüb. İdman gimnastı Nikita Simonov isə 420 xalla üçüncü pillədə yer alıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallarhesablanır.