Bədii gimnastlar bu dəfə Lənkəranda bacarıqlarını nümayiş etdirəcəklər

Bədii gimnastlar bu dəfə Lənkəranda bacarıqlarını nümayiş etdirəcəklər

Mayın 6-da Lənkəran Olimpiya İdman Kompleksindəümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşbədii gimnastika üzrə yeddinci bölgələrarası kubok yarışları keçiriləcək. Yarışda “Ocaq Sport” klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən ümumilikdə 36 gimnast mübarizə aparacaq. İdmançılar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyasında çıxış edəcəklər.

Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.