Gimnastımızın Polşa sınağı iki bürünclə yadda qaldı

Gimnastımızın Polşa sınağı iki bürünclə yadda qaldı

Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə XV “Irina Cup” beynəlxalq turniri keçirilib. Turnirdə iştirak edən millimizin üzvü İlona Zeynalova iki bürünc medal qazanıb.

Gimnastımız lentlə hərəkətlərin icrasında və çoxnövçülük proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb.