Avropa çempionatı: komandamız finala vəsiqə qazandı

Avropa çempionatı: komandamız finala vəsiqə qazandı

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. 38 ölkədən 315 gimnastın mübarizə apardığı yarışda təmsilçilərimizdən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız qitə çempionatının finalına vəsiqə qazanıb. Gənc gimnastlardan ibarət komandamızın çıxışı beş iplə çıxışı 29,450, beş topla proqramı isə 29 xalla qiymətləndirilib. Komandamız hər iki növdə təsnifat mərhələsini üçüncü pillədə başa vurub və mərhələ adlayıb.