Maks Ferstappen yenə birinci oldu

 Maks Ferstappen yenə birinci oldu

Formula 1 üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran-Prisinin qalibi müəyyənləşib. Bu “Red Bull” komandasından niderlandlı pilotu Maks Ferstappen olub. İkinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hamilton, üçüncü yeri isə onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tamamlayıb. Aprel ayından bəri ilk dəfə Hamilton podiuma qalxmağı bacarıb. M.Ferstappen cari çempionatda 5-ci qələbəsini qazanıb və 170 xalla şəxsi hesabda liderliyini davam etdirir. İkinci pillədə niderlandlı pilotun komanda yoldaşı, meksikalı Serxio Peres (117) yer alıb. İlk üçlüyü isə Aston Martin komandasından olan ispaniyalı Fernando Alonso (99) qapayır.

Barselona 1991-ci ildən dünya çempionatı mərhələsinə ev sahibliyi edir. İspaniya Qran Prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları almaniyalı Mixael Şumaxer və Hamiltondur, onların hər birinin altı qələbəsi var. İspaniyada aktiv pilotlar arasında M.Ferstappen (2016, 2022) və Alonso (2006, 2013) də qalib gəlib.