Paralimpiyaçımız dünya və Avropa rekordunu təzələyərək qitə çempionu titulunu qazanıb

Paralimpiyaçımız dünya və Avropa rekordunu təzələyərək qitə çempionu titulunu qazanıb


Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idmanı üzrə milli komandasının üzvüləri İspaniyanın Alekante şəhərində keçirilən Avropa çempionatında iştirak ediblər. Komadanın üzvü Yelena Taranova yarışda 10 metr P2 kateqoriyasının finalında 195 xalla dünya və Avropa rekordunu yeniləyərək Avropa çempionatının qızıl medalına sahib olub.
Qeyd edək ki, komitənin güllə atıcıları 50 metr P4 kateqoriyasında komanda hesabına görə 1538 xalla 3-cü yerə layiq görülüblər.