Misirdə üç medal sevinci

Misirdə üç medal sevinci

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaohs Cup” turnirində 3 medal qazanıblar. Gənc idmançılar Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandası 5 ip və 5 topla hərəkətlərin icrasında ikinci olub.

Gimnastımız Nuray Əhmədzadə isə lentlə fərdi hərəkətlərdə bürünc medala sahib çıxıb.