Fransada güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə Azərbaycan millisi pnevmatik tapançadan atəşaçma yarışlarında dörd medal qazanıb.
Təmsilçilərimizdən Ruslan Lunov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Müxtəlif məsafələrə atəşaçma yarışlarında İradə Aşumova iki gümüş medal qazanıb.
Yeniyetmələrin yarışında isə Urfan Axundov bürünc medalla kifayətlənib.