Akrobatika gimnastlarımız fərqləndilər

Akrobatika gimnastlarımız fərqləndilər

Qazaxıstanın Pavlodar şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Sabir Ağayev, Murad Rəfiyev, Riad Səfərov, Rəsul Seyidlidən ibarət kişi qrupumuz təmsil edib. 

“Bayantau” İdman Kompleksində keçirilən yarışda gimnastlarımız bürünc medala layiq görülüblər.