“Neftçi” Rusiya toplanışını bu gün baş tutacaq yoxlama oyunu ilə başa vuracaq. Paytaxt klubu bu gün Moskvada "Spartak"la gücünü sınayacaq. “Otkrıtiye Bank Arena”da təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komanda sabah - iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
“Neftçi” - “Spartak”: keçmiş rəqiblər yenidən üz-üzə
![“Neftçi” - “Spartak”: keçmiş rəqiblər yenidən üz-üzə](https://olimpnews.az/uploads/img/posts/2023/07/18/Neftcijpg-1689682309.jpg)