Naxçıvan bədii gimnstika üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

Naxçıvan bədii gimnstika üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.

Yarış sentyabrda təşkil olunacaq. Bölgədə baş tutacaq ilk beynəlxalq yarış çərçivəsində Naxçıvan Olimpiya İdman Kompleksində kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar mübarizə aparacaqlar.

Sentyabrın 21-də start götürəcək turnir iki gün davam edəcək.