Sebastyan Fettel "Formula-1” yarışları üzrə 4-cü dəfə çempion olub. "Red Bull”un sürücüsü Hindistanda keçirilən Qran-pri yarışlarında uğur qazanaraq növbəti dəfə dünya çempionu titulunu qazanıb. Qeyd edək ki, 26 yaşlı Fettel "Formula-1” tarixində ən gənc çempiondur.
Qran-pri yarışlarında Fetteldən sonra 2-ci yeri "Mersedes” komandasının pilotu Niko Rosberq tutub. 3-cü yerə isə "Lotus”un pilotu Romenu Qrojanu layiq görülüb.
Qeyd edək ki, Hindistan Qran-pri yarışlarındakı qələbə Fettelin bu mövsümdə sayca 10-cu qələbəsidir. Ayrı-ayrı vaxtlarda 4 qat çempion tituluna Xuan Manuel Fanxio, Alen Prost və Mixael Şumaher sahib olublar.