Gimnastlarımız beynəlxalq turnirdə fərqləndilər

Gimnastlarımız beynəlxalq turnirdə fərqləndilər

Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Vladimir Dolmatov Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Plovdiv kuboku”nda qızıl medal qazanıb. İdmançımız fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında isə gümüş medala sahib çıxıb.