Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı

Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı

Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.

Ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 100-dən çox idmançı hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Yarışın təşkilində əsas məqsəd ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə marağının artırılmasına nail olmaqdan ibarət olub. Gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və çempionatın uğurla keçirilməsi prosesində iştirak etmiş digər mütəxəssislərə pul mükafatı təqdim edilib.