Azərbaycan Basketbol Liqasında (ABL) birinci turun oyunlrına yekun vurulub. İlk tur çərçivəsində "Xırdalan" komandası "Şəki" ilə qarşılaşıb. "Sərhədçi" İdman Mərkəzində keçirilən oyun "Xırdalan" komandasının 102-78 hesablı qələbəsi ilə yekunlaşıb. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən "NTD-INDIGO" - "Sumqayıt" oyunu isə ev sahibinin 97-79 hesablı qələbəsi ilə başa çatıb.
İlk turun son oyunu "Gəncə" və "Sabah" komandaları arasında olub. Qarşılaşma paytaxt təmsilçisinin 115:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Cəlilabad" "Sərhədçi"ni (86:76), "Xəzri" isə "Neftçi"ni (80:73) məğlub edib.