Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan veloyürüşdə milli komandamızın, AVF-nin, həmçinin MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.
Sonda veloyürüş iştirakçıları xatirə şəkli çəkdiriblər.