Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun oyunları davam edir. Bu gün keçirilən günün ikinci oyununda çempionatın əsas favoritlərindən sayılan "Neftçi" və "Sabah" komandaları üz-üzə gəlib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən oyun bərabər mübarizə şəraitində keçib. Sona qədər gərginliyi ilə seçilən qarşılaşmada "Neftçi" klubu çempionatın əsas favoritinə qalib gəlib -96:93.
Qeyd edək ki, turun son oyunu ("Şəki" - "Xəzri") noyabrın 26-da təşkil olunacaq.