“McLaren”nin britaniyali pilotu Lando Norris 2023-cü ildə nüfuzlu “Lorenzo Bandini Trophy” mükafatına layiq görülüb. Bu mükafat 1967-ci ildə Monako Qran-Prisində qəza nəticəsində dünyasını dəyişən italiyalı sürücünün şərəfinə adlandırılıb və hər il öz sahiblərinə təqdim olunur. Ötən il mükafat “Haas” komandasının sürücüsü Kevin Maqnussenə, 2021-ci ildə isə “Ferrari” sürücüsü Çarlz Leklerə təqdim olunub. Xatırladaq ki, 2023-cü il üçün Formula 1 mövsümünün sonunda Norris 205 xal toplayaraq, ümumi sürücülər sıralamasında altıncı yeri tutub.
Britaniyali pilot ili mükafatla başa vurur