Formula 1 yarışlarında yeni qadağa tətbiq olunacaq

Formula 1 yarışlarında yeni qadağa tətbiq olunacaq

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Qran Pri yarışları zamanı azarkeşlərə pirotexniki vasitələrdən istifadə etməyi qadağan etmək qərarına gəlib. Bu barədə təşkilatın saytında məlumat verilir. Xəbər verildiyi kimi, 2024-cü ildən Beynəlxalq İdman Məcəlləsinə pirotexniki məhsulların istifadəsinə tam qadağa daxil ediləcək.

Qeyd edək ki, mövsüm ərzində bir neçə dəfə pilotların pirotexniki vasitələrdən istifadə səbəbindən görmə qabiliyyətinin pis olmasından şikayət etdiyi hallar yaranıb. Avstriya Qran Prisi zamanı az qala trasın sərhəddinə məşəl düşüb.