Bakı avtoralli yarışlarına ev sahibliyi edəcək

Bakı avtoralli yarışlarına ev sahibliyi edəcək



Noyabrın 22-24-də paytaxt Bakıda beynəlxalq avtoralli yarışları keçiriləcək. Bunun üçün Bakının bir sıra küçələrində beton dəmir konstruksiyalar quraşdırılıb.
Avtomobillərin yarışı üçün hökumət evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib. Artıq bu yollarda işlərin bir hissəsi yekunlaşmaq üzrədir. Yarışda CT-3-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin "Formula-1” yarışlarının 15 avtomobili iştirak edəcək. Bu maşınlar Xəzər dənizi boyunca 4 km məsafədə yarış dairəsində düzüləcəklər.
Avtoralli Avropa, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 175-ə qədər ölkənin televiziya kanallarında nümayiş olunacaq. Avtoralli yarışları ilə əlaqədar paytaxtda bir sıra küçə və prospektlər bağlanacaq.