Böyük Dəbilqədə uğurla çıxış edən taekvondo millimiz Vətənə qayıdıb

Böyük Dəbilqədə uğurla çıxış edən taekvondo millimiz Vətənə qayıdıb

Çinin Usi şəhərində keçirilən Böyük Dəbilqənin təsnifat və Çempionlar mərhələsində iki qızıl və Olimpiya lisenziyası qazanan taekvondo üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.

Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya nümayəndələri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, yarışda hər iki medalı komandamıza Qaşım Maqomedov qazandırıb. Böyük Dəbilqədə qızıl medal qazanan ilk azərbaycanlı taekvondoçu kimi tarixə düşən idmançı həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.