Karateçilərimiz “Moskva ulduzları” yarışında çıxış edəcəklər

Karateçilərimiz “Moskva ulduzları” yarışında çıxış edəcəklər



Rusiyada SSRİ və Rusiyada karatenin 35 illiyinə həsr olunan dünya paytaxtlarının 6-cı beynəlxalq "Moskva ulduzları” karate turniri keçiriləcək. 16 ölkə komandasının iştirakı ilə keçiriləcək bu beynəlxalq turnir Moskvanın Döyüş Sənətləri Mərkəzində təşkil ediləcək. Yarışda ölkəmizi 8 idmançı təmsil edəcək. Onlardan Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Rafiz Həsənov (-75 kq), Ayxan Mamayev (-75 kq), Asiman Qurbanlı (-84 kq), Şahin Atamov (+84 kq) kumitedə, Oqtay Məmmədov isə veteranların turnirində mübarizə aparacaq. O. Məmmədov həmçinin "Moskva udluzları”nın veteranlar arasında kata yarışlarında çıxış edəcək. Daha bir karateçimiz Tural Balcanlı böyüklərin kata yarışında bacarığını göstərəcək.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və milli komandanın baş məşqçisi Rəhman Hətəmovun rəhbərliyi altında bu nüfuzlu yarışa yollanan heyətdə yer alan beynəlxalq dərəcəli referi Ranad Əliyev isə turnirin hakimləri arasında olacaq.