İranda yerli milli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edən taekvondo üzrə Azərbaycan yığması beynəlxalq turnirə hazırlaşır. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və milli komandaların baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə Misirə yollanacaq heyətə 31 idmançı cəlb edilib. Fevralın 24-27-də İskəndəriyyə şəhərində keçiriləcək "Alexandria Open" beynəlxalq turnirində milli komandamızı qadınların baş məşqçisi, Əməkdar məşqçi Gündüz Abdullayev və kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanov da müşayiət edəcəklər. Qeyd edək ki, 5-ci dəfə təşkil ediləcək "Alexandria Open" turniri Ümumdünya Taekvondo Federasiyasının "G1" dərəcəli yarışlarındandır. Bu nüfuzlu turnirin mükafatçıları, eyni zamanda beynəlxalq reytinq xallarını artıra biləcəklər.