Fevralın 20-də 26 Fevral Xocalı soyqırımının XXI il dönümü ilə əlaqədar Mərdəkan qəsəbəsindəki tirdə rayon orta ümümtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı üzrə rayon turniri keçirilib.
Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon mütəxəssis hazırlığı məktəbi ilə birgə təşkil olunan yarışda ümumilikdə 20 komandanın tərkibində,100 nəfər mübarizə aparıb. Birinci yeri 181 saylı məktəb əldə edib, 235 saylı məktəb ikinci, 234 saylı tam orta məktəb isə üçüncü yeri tutub. Yarışın sonunda qalib komandalara diplom və hədiyyələr təqdim olunub.