Yüksək Liqasında növbəti oyunların cədvəli açıqlanıb

Yüksək Liqasında növbəti oyunların cədvəli açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında keçiriləcək növbəti oyunların vaxtı açıqlanıb. 
Qadınların çempionatına fevralın 13-də “Azərreyl” – “Murov Az Terminal” matçı ilə start veriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 17:00-da başlayacaq. Fevralın 14-də isə eyni məkanda “Milli Aviasiya Akademiyası” və “Abşeron” kollektivləri üz-üzə gələcəklər. Oyun saat 15:00-da start götürəcək.
Tura fevralın 17-də keçiriləcək UNEC – “Gəncə” matçı ilə yekun vurulacaq. Görüş UNEC-in İdman Zalında saat 15:00-da təşkil olunacaq.
Kişi voleybolçuların mübarizəsində isə fevralın 15-i saat 16:00-da çempionluğa iddialı “Azərreyl” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal”ı qəbul edəcək.
Günün digər qarşılaşmasında autsayder MOİK “Murov Az Terminal”ın idman zalında “Neftçi” ilə görüşəcək. Oyun saat 18:00-da başlayacaq.