Noyabrın 27-də Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasıyasının (ATF) birgə təşkilatçılığı ilə yeniyetmə və gənc taekvondoçular arasında ümumrespublika birinciliyi keçiriləcək. Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək yarışda, paytaxtda, eləcə də, bölgələrdə fəaliyyət göstərən 86 komandadan 600-ə yaxın idmançı qüvvəsini sınaycaq. 10 çəki dərəcəsi üzrə keçiriləcək yarış 4 gün davam edəcək. Yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən ediləcək. Fəxri yerləri tutmuş idmançı və komandalara ATF tərəfindən müvafiq dərəcəli diplom və hədiyyələr təqdim ediləcək.