"Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə gənclər arasında ölkə birinciliyinə start verilib. Yarış 11 çəki dərəcəsi üzrə Azərbaycan Taekvondo Federasıyası (ATF), eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Birinciliyin açılış mərasimində Azərbaycan Taekvondo Federasıyasının (ATF) vitse-prezidenti Nağı Səfərov çıxış edərək son zamanlar respublikamızda taekvondo idman növünün yüksək səviyyəli inkişafından söz açıb və bölgələrdə bu idman növünə böyük maraq olduğunu bildirib. Açılış mərasimindən sonra Azərbaycanın dövlət himni səsləndirilib. Yarışa noyabrın 30-da yekun vurulacaq.