Ötən gün keçmiş ağır çəkidə britaniyalı dünya çempionu Entoni Coşua ilə keçmiş UFC ağır çəkili kəmər sahibi, kamerunlu Frensis Nqannu arasında döyüş keçirilib. Görüş Coşuanın ikinci raundda nokautla qalib gəlməsi ilə başa çatıb. İlk raundda Nqannou noqdauna düşüb. İkinci raundun əvvəlində Coşua yenidən kamerunlu boksçunu yerə sərsə də, o, mübarizəni davam etdirməyə çalışıb. Bir neçə saniyə sonra növbəti noqdaundan sonra hakim mübarizəni dayandırıb.
Xatırladaq ki, Entoni Coşua ilə döyüş Frensis Nqannu üçün ikinci peşəkar boks görüşü olub.