Güllə atıcılarımız Dortmundda qızıl medal qazanıblar

Güllə atıcılarımız Dortmundda qızıl medal qazanıblar

Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində qızıl medal qazanıblar. 

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, gənclərdən ibarət qarışıq komanda şəklində çıxış edən idmançılarımız 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında fəxri kürsüyə qalxıblar.

Yarışa bu gün yekun vurulacaq.