Azərbaycan Kubokuna start verilib 

Azərbaycan Kubokuna start verilib 

Bu gün stend və güllə atıcılığı idman növü üzrə Azərbaycan Kuboku yarışına start verilib. 

Azərbaycan Atıcılıq Füederasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Atıcılıq Kompleksində keçirilən yarışda ölkəmizdə fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətlərini təmsil edən 50-dən çox idmançı mübarizə aparır. .

Turnirdə kişilər, qadınlar, oğlanlar, qızlar arasısnda stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi, qarışıq komanda yarışlarında, güllə atıcılığı üzrə 25 m tapança, 50 m tapança 10 m pnevmatik tapança / tüfəng və 10 m pnevmatik tapança / tüfəng qarışıq komanda yarışlarında qaliblər müəyyənləşəcək. 

Yarışlara aprelin 6-da yelin vurulacaq.