Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.
Milli Gimnastika Arenasında təşkil edilən yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir.
Turnirdə gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparırlar.
Azərbaycanı yarışda fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.
Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə keçirilən 10-cu Dünya Kubokudur. Turnirə aprelin 21-də yekun vurulacaq.