Gənclər və idman naziri Azad Rəhimov Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının prezidenti Vadim Finkelşteyn və qurumun fəxri prezidenti, dördqat dünya çempionu Fyodr Yemelyanenko ilə görüşmüşdür.
Görüşdə Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov, prezidenti Kənan Məmmədov da iştirak etmişlər.
Görüş zamanı Azad Rəhimov Bakıda keçiriləcək qarışıq döyüş növləri üzrə Dünya kuboku ilə bağlı məlumat verilmişdir. A.Rəhimov Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyası ilə əməkdaşlığı yüksək qiymətləndirmiş və gələcəkdə ölkəmizdə bu idman növü üzrə digər mötəbər yarışları təşkil etməyin mümkün olduğunu qeyd etmişdir.
Fyodr Yemelyanenko Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində diqqət göstərildiyini vurğulamış, MMA-nın inkişafında Gənclər və İdman Nazirliyinin rolunu xüsusi qeyd etmişdir.