Taekvondoçular ölkə çempionatında yarışacaqlar

Taekvondoçular ölkə çempionatında yarışacaqlar

Dekabrın 27-də taekvondo üzrə böyüklər  arasında  respublika çempionatı keçiriləcək.  Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər  və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirə  Sərhədçi Olimpiya İdman Kompleksində start veriləcək. Məlumat üçün bildirək ki, idmançılarımız turnirdə 8 çəki dərəcəsində  yarışacaqlar. İki gün davan edəcək yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən ediləcək. Fəxri yerləri tutmuş idmançı və komandalar ATF tərəfindən  müvafiq dərəcəli diplom və hədiyyələr təltif ediləcək.