Ev sahibləri milli atributlarını Oyunlar zamanı bütün dünyaya tanıtdıracaq

Ev sahibləri milli atributlarını Oyunlar zamanı bütün dünyaya tanıtdıracaq

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarını əvvəlki olimpiadalardan fəqləndirmək üçün yerli Təşkilat Komitəsi ölkənin milli atributlarından istifadə edib. Bunu talismanlarda, məşəldə və Oyunları təcəssüm etdirən piktoqramlara diqqət yetirməklə görmək mümkündür. Elə bu məqsədlə “Olimpiya dünyası” qəzeti olaraq Paris-2024 atributları barədə eksklüziv yazını oxucularımıza təqdim edirik.

 

XII əsrdən dövrümüzə qədər gəlib çatan “Frigiya papağı”

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanlarının təqdimat mərasimi 2022-ci il noyabrın 14-də keçirilib. Talismanların adı “Friji” və ya Frigi olublar. Onları eyni zamanda “Frigiya papaqları” deyə adlandırırlar.

Məlumata görə “Frigiya papağı” Fransanın azadlıq simvolu kimi tanınır. Fransızlar ölkə tarixinin bütün mühüm anlarında bu papaqlardan istifadə ediblər. Belə ki, Fransa Milli Arxivində 1163-cü ildə Parisin Notr-Dam Katedralının tikintisi, 1789-cu il inqilabı, Eyfel qülləsinin inşası və 1924-cü ildə Parisdə keçirilən Olimpiya Oyunları zamanı istifadə olunan frigiya papaqları haqqında qeydlərə rast gəlinir. Olimpiya Oyunlarının talismanının fiquru ağ idman ayaqqabısı geyinib. Paralimpiya maskotunun bir ayağı protezdir. Onu isə qırmızı idman ayaqqabısında təsvir ediblər.

Maskotlar “Tək tək biz daha sürətli gedirik, amma birlikdə daha da irəli gedirik” şüarı ilə təqdim olunub.

 

Üç qrafik elementdən ibarət 62 piktoqram

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının idman növləri üçün rəsmi piktoqramlar 2023-cü il fevral ayının 8-də təqdim olunub.

Belə ki, ümumilikdə 62 piktoqram yaradılıb. Piktoqramlardan 47-si Olimpiya, 15-isə əlavə olaraq paralimpiya üçün nəzərdə tutulub. Hər bir piktoqram üç qrafik elementdən ibarətdir. Piktoqramlar simmetriya oxu, meydançanın təsviri və təsvir etdiyi idman növü əhatə edir.

Parisdə 2024-cü il Oyunlarının təşkilatçıları piktoqramlarla yanaşı, olimpiadanı müşayiət edəcək dekorasiya və dominant rəngləri - isti mavi, qırmızı, yaşıl və bənövşəyi rəngləri də təqdim ediblər.

 

Su və sülh motivləri ilə əhatələnən alovlu məşəl

Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli 2023-cü il iyulun 25-də, Oyunların açılış mərasimindən bir il əvvəl ictimaiyyətə təqdim edilib.

Olimpiya Oyunlarının əsas simvollarından sayılan məşəlinin müəllifi Metyu Lehannerdir. O, öz əl işinin dizaynında bərabərlik, su və sülh motivlərinə üstünlük verib.

Məşəl etsafeti Atlantik, Hind və Sakit okeanlarını keçərib. İlk məşəlçisi avarçəkmə üzrə Tokio-2020-nin çempionu Stefanos Duskos olub. Estafetə 10 minə yaxın fərdi məşəlçi cəlb edilib. Bundan əlavə, 3 minə yaxın məşəlçi komanda estafet yarışlarında görünüb.

 

Miqdarı: 2000 ədəd.

Məşəlin hündürlüyü: 70 sm.

Çəkisi: 1,5 kq.

İstehsalçı: Arcelor Mittal.

 

İdmanın əsas dəyərlərini təcəssüm etdirən üç təsvirin birləşməsi

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi loqosu (emblemi) 2019-cu il oktyabr ayının 21-də təqdim olunub.

Loqo Parisin “Royalties Eco-Branding” dizayn studiyası tərəfindən hazırlanıb. Loqo üzərində üç təsvirin birləşməsindən ibartədir. Təsvirdə qızıl medal, Olimpiya alovu və inqilabın və Fransa xalqının simvolu olan Mariannanın siması yer alıb.

Şəkilin altında “Art Deco” üslubunda şriftdə Paris 2024 yazısı var. Yazının altında Olimpiya halqaları görünür.

“Loqo idmanın əsas dəyərlərini ifadə edir. Alov bizi xəyal qurmağa, Oyunların təşkili üçün yeni yollar axtarmağa dəvət edir. Mariannanın təsviri qadına ehtiramın təcəssümüdür”, - deyə BOK-un saytında qeyd olunur.

Qeyd edək ki, ilkin olaraq 2024-cü il Oyunlarının rəsmi loqosu kimi üçrəngli Eyfel qülləsini əks etdirən emblem təklif edilmişdi.

 

Anar Əhmədov

Ev sahibləri milli atributlarını Oyunlar zamanı bütün dünyaya tanıtdıracaq Ev sahibləri milli atributlarını Oyunlar zamanı bütün dünyaya tanıtdıracaq Ev sahibləri milli atributlarını Oyunlar zamanı bütün dünyaya tanıtdıracaq Ev sahibləri milli atributlarını Oyunlar zamanı bütün dünyaya tanıtdıracaq