Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar arasında qadın atletlərin sayı əks cinsin nümayəndələri ilə bərabərləşib. Beynəlxalq Olimpiya Komitəsinin apardığı təhlilə əsasən Oyunlarda iştirak edən qadın idmançıların sayı 50 faiz təşkil edib. Bu, o deməkdir ki, Oyunlarda gender bərabərliyi qorunub, saxlanıb. Məlumat üçün bildrirək ki, 1896-cı ildə keçirilən ilk Olimpiya Oyunlarında heç bir qadın idmançı bu həyəcanın iştirakçısı olmayıb.
Paris-2024: qadın atletlərin sayı əks cinsin nümayəndələri ilə bərabərləşib