Serbiyalı ulduz Olimpiya kəndində qalmayacaq

Serbiyalı ulduz Olimpiya kəndində qalmayacaq

Serbiyalı tennis ulduzu Novak Cokoviç milli komanda ilə birlikdə Olimpiya kəndində qalmayacaq. Bununla o, bütün diqqətini olimpiadaya yönəltmək və diqqət çəkməmək niyyətindədir.

Cokoviç yarışlara Monteneqrodakı gilli kortlarda hazırlaşır. O, bir neçə gün əvvəl cütlüklərdə isveçli tennisçi Filip Bergevi ilə məşq edib.

Qeyd edək ki, Novak Pekin-2008 Yay Olimpiya oyunlarının bürünc mükafatçısıdır. O, iyulun 27-dən avqustun 4-dək Rolan Qarrosun palçıqlı kortlarında yeni mükafat üçün mübarizə aparacaq.

Anar Əhmədov