Üçqat Olimpiya çempionu Paris-2024-də iştirakdan imtina edib

Üçqat Olimpiya çempionu Paris-2024-də iştirakdan imtina edib

Britaniyanın atçılıq üzrə ən çox medal qazanan Olimpiya çempionu Düjardin Şarlotta Paris Olimpiadasında iştirakdan imtina edib.Səbəb kimi Düjardin Britaniya Atçılıq Federasiyası tərəfindən araşdırılan video göstərilir. Belə ki, 4 il əvvəl lentə alınan videoda idmançı dəfələrlə atın ayaqlarını qamçılayıb.

“Baş verənlər tamamilə qəbul edilməzdir. Lakin mən atlarımla məşqlərdə belə xarakter göstərmirəm. Doğrusu çox utanıram. Gərək yaxşı nümunə göstərərdim, - deyə Düjardin deyib.

Məlumat üçün qeyd edək ki, Düjardin üçqat Olimpiya çempionudur. O, 2012-ci ildə komanda və fərdi yarışda, 2016-cı ildə isə Rio-de-Janeyroda fərdi çıxışda birinci olub. Braziliyada keçirilən Oyunlarda gümüş, Tokio Olimpiadasında isə iki bürünc medala sahib çıxıb.