Azərbaycanın ilk təmsilçisi bu gün Paris-2024-də mübarizəyə başlayır

Azərbaycanın ilk təmsilçisi bu gün Paris-2024-də mübarizəyə başlayır

Bu gün Azərbaycan komandasının ilk üzvü Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Olimpiadanın ikinci günündə kamandan oxatma üzrə yığmamızın üzvü Yaylagül Ramazanova hədəfi nişan alacaq. O, 64 idmançının iştirak etdiyi sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.