İyulun 24-də Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarına futbol oyunları ilə start verilib. İlk tur çərçivəsində səkkiz qarşılaşma təşkil olunub. Gərgin mübarizə ilə başlayan futbol turnirində maraqlı nəticələr qeydə alınıb. 8 görüşün cəmi bir qarışlamasında qapılardan top keçməyib. Belə ki, Misir- Dominikan Respublikası matçında tablodakı sıfırlar dəyişməyib. Ev sahibləri ABŞ yığmasının qapısından üç cavabsız top keçirib. Əsas vaxta 16 dəqiqə əlavə olunan Argentina- Mərakeş matçında isə Afrika təmsilçiləri qələb qazanıblar. Yaponiya millisi isə Paraqvay yığmasını 5 dəfə mərkəzə dəvət edib.
"Olimpnews.az" ilk turun nəticələrini təqdim edir.
24 iyul
A qrupu
Qvineya U23 - Yeni Zelandiya U23 - 1:2.
Fransa U23 - ABŞ U23 - 3:0.
B qrupu
Argentina U23 - Mərakeş U23 - 1:2.
İraq U23 - Ukrayna U23 - 2:1.
C qrupu
Özbəkistan U23 - İspaniya U23 - 1:2.
Misir U23 - Dominikan Respublikası U23 - 0:0.
D qrupu
Yaponiya U23 - Paraqvay U23 - 5:0.
Mali U23 - İsrail U23 - 1:1.