Paris-2024: Danimarka olimpiadaya qələbə ilə başladı 

Paris-2024: Danimarka olimpiadaya qələbə ilə başladı 

İyulun 25-də Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində həndbol üzrə ilk turun görüşlərinə start verilib. Reqlamentə əsasən olimpiadada qadın həndbolçular hər biri altı komanda olmaqla iki qrupa bölünür. A qrupunda Danimarka, Almaniya, Norveç, İsveç, Sloveniya və Cənubi Koreya, B qrupunda isə Fransa, Macarıstan, İspaniya, Niderland, Anqola və Braziliya yığmaları mübarizə aparacaq. Artıq günün ilk matçında yekun nəticə qeyəd alınıb. Sloveniya yığması Danimrka ilə görüşdə məğlubiyyətlə üzləşib -19:27. 

Məlumat üçün bildirək ki, hər qrupdan ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Paris-2024: Həndbol (qadınlar)

Saat: 11:00. Sloveniya - Danimarka -19:27

Saat:12:00. Niderland - Anqola - 34:31

Saat: 16:00. İspaniya - Braziliya -

Saat: 17:00. Almaniya - Cənubi Koreya

Saat: 21:00. Macarıstan - Fransa

Saat: 23:00. Norveç - İsveç