Nigeriyanın qadınlardan ibarət boks yığmasının üzvü Sintiya Oqunsemilorenin dopinq testi müsbət nəticə verib. Xəbər Beynəlxalq Test Agentliyinin (ITA) saytında yer alıb. Bildirilir ki, müsbət nəticə barədə Parisdə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditə olunmuş laboratoriya məlumat verib. İyulun 25-də idmançının dopinq-testində furosemidin izləri aşkarlanıb.
Məlumat üçün bildirək ki, qadın boksçu B nümunəsinin təhlilini tələb etmək, həmçinin İdman Arbitraj Məhkəməsində bu qərara etiraz etmək hüququna malikdir.