Asiyalı idmançı Olimpiya rekordunu yenilədi   

Asiyalı idmançı Olimpiya rekordunu yenilədi   

Paris-2024 Yay Olimpiya Oyunlarında rekordlar yenilənməkdə davam edir. Koreyalı atlet Oh Ye-jin 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında qızıl medal qazanıb.

19 yaşlı koreyalı 243,2 balla nəticə göstərərək, rusiyalı Vitalina Batsaraşkinaya məxsus Olimpiya rekordunu yeniləyib. Rusiyalı idmançı Tokio-2020-də 240,3 xalla rekorda imza atmışdı. Məumat üçün bildirək ki, bu məsafədə dünya rekordu serb Zorana Arunoviçə (246,9 xal) məxsusdur.