Təşkilatçılar yenə də himni səhv saldılar

Təşkilatçılar yenə də himni səhv saldılar

Paris-2024 Yay Olimpiya Oyunların çərçivəsində keçirilən basketbol yarışında qalmaqal baş verib. Cənubi Sudan basketbol komandasının Olimpiya Oyunlarında tarixində ilk oyunu zamanı Sudanın himinini səsləndiriblər. Komandanın Puerto Riko ilə oyununda iştirak edən tamaşaçılar təşkilatçıları fitə basaraq, Cənubi Sudan millisinin basketbolçularına dəstək olduqlarını bildiriblər.

Qeyd edək ki, Cənubi Sudan dünyanın beynəlxalq səviyyədə tanınan ən gənc dövlətidir. Ölkə 2011-ci ildə müstəqillik qazanıb.