Azərbaycan idmançılarının Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında 28 iyul tarixinə olan çıxışları başa çatdı.
Cüdoçumuz Yaşar Nəcəfov ( -66 kq) 1/16 finalda Strahinya Bunçiçə (Serbiya) vaza-ari xalı ilə məğlub olaraq Olimpiada ilə erkən vidalaşdı.
Daha bir cüdoçumuz Gültac Məmmədliyeva (-52 kq) 1/16 finalda Ancelika Delqadoya (ABŞ) qızıl xalla (vaza-ari) uduzaraq mübarizəni dayandırdı.
Günün qəhrəmanı isə 92 kq-da mübarizə aparan boksçumuz Alfonso Dominqes oldu. Dəri əlcək ustamız öz ad gününə ən böyük hədiyyəni verərək 2 qat Olimpiya, 5 qat Dünya çempionu Xulio Sesar La Krusdan 3:2 üstün oldu və ən güclü "8-liy"ə vəsiqə qazandı.