Paris-2024 Yay Olimpiya Oyunlarında altıncı yarış gününə start verilib. Təmsilçilərimizdən ilk olaraq badmintonçumuz Keişa Fatimə Zəhra mübarizəyə başlayıb. "N" qrupunda ikinci oyununa çıxan idmançımız Böyük Britaniya təmsilçisi Kristi Gilmorla qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb - 0:2 (13:21, 11:21). Beləliklə, qrupda keçirdiyi ikinci görüşdə də məğlub olan badmintonçumuz Paris-2024-də mübarizəni dayandırıb. Yarışın reqlamentinə görə qrupda yalnız birinci yeri tutan idmançı növbəti mərhələyə adlayacaq.
Xatırladaq ki, Keişa Fatimə Zəhra iyulun 27-də keçirilən badminton yarışlarının ilk günündə çinli He Bin Çzyaoya (Çin) 0:2 hesabı ilə məğlub olmuşdu.