“Məni dəstəklədiyinə görə, Azərbaycan Badminton Ferderasiyasının rəhbərliyinə, məşqçimə və ailəmə təşəkkür edirəm”.
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının badminton yarışlarında çıxışını başa vuran idmançımız Keişa Fatimə Zəhra deyib.
İlk dəfə Olimpiya Oyunları həyəcanını yaşayan idmançımız bununla fəxr etdiyini bildirib.
“Düzdür, yaxşı oynamadım. Amma bu, pis oynamağım mənasına da gəlməməlidir. Səhv etdim. Lakin planetin ən böyük idman yarışı olan Olimpiya Oyunlarında mübarizə apardığıma görə özümlə fəxr edirəm. Bu, mənim ilk olimpiadam idi. Qalib və ya məğlub olmağıma baxmayaraq, məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə badmintonçumuz qeyd edib.
Qeyd edək ki, bu gün "N" qrupunda ikinci oyununu keçirən Keişa Fatimə Zəhra Böyük Britaniya təmsilçisi Kristi Gilmora 0:2 (13:21, 11:21) hesabı ilə məğlub olaraq Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.